Qaradağda iki maşın toqquşdu - Ölən və yaralanan var

Qaradağda iki maşın toqquşdu - Ölən və yaralanan var
18:22 2 Dekabr 2019
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, dekabrın 1-də saat 17 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində Bakı şəhər sakini N.Əmirov idarə etdiyi "Mercedes" markalı avtomobili qarşıda gedən paytaxt sakini O.Misirovun idarə etdiyi "Hyundai" markalı avtomobilə vurub. Nəticədə O.Misirovun sərnişini, paytaxt sakini Elçin Əzizov hadisə yerində ölüb, "Mercedes" markalı avtomobildəki sərnişin xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/807123.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR