Məşhur milyarder 58 milyon dollar təzminat ödəyəcək -

ABŞ-da yunan milyarder Alkiviades Devid Los-Ancelesdəki ofisində Məhim Xan adlı qadına təcavüz etdiyi üçün 58 milyon dollar pul cəzası ödəyəcək.

Mebuat.az xarici mediaya istinadən xəbər verir ki, bu rəqəm ABŞ-da ödənəcək olan ən böyük cəza kimi tarixə keçəcək. Məhkəməyə gəlməyən 51 yaşlı milyarder isə bütün iddiaları rədd edib. O, ABŞ-dakı qanun sisteminin çökdüyünü və şahidlərin yalançı olduğunu iddia edib.

Qeyd edək ki, Nigeriyada anadan olan yunan milyarder bundan öncə də təcavüz iddiaları ilə yadda qalmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR