Azərbaycan Ordusunun zabiti vəfat edib

Azərbaycan Ordusunun zabiti vəfat edib
18:55 4 Dekabr 2019
87 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Əli - Trend:

Azərbaycan Ordusunun zabiti vəfat edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, hərbi qulluqçu, kapitan Məlikzadə Abbas Saleh oğlu səhhətində problem yarandığından tibb məntəqəsinə müraciət edib.

Sanitar nəqliyyat vasitəsi ilə hərbi hospitala təxliyə edilərkən o, yolda keçinib.

Həkimlərin ilkin ehtimalına görə, hərbi qulluqçu ürək çatışmazlığından vəfat edib.

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3158855.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR