Can Yamanın qız fanatına “arxa otağa keçək” deməsi qalmaqal yaratdı - VİDEO - FOTO

Can Yamanın qız fanatına “arxa otağa keçək” deməsi qalmaqal yaratdı - VİDEO - FOTO
19:57 4 Dekabr 2019
101 Maraqlı
Ölkə mətbuatı
A- A+

Son günlər gündəmdən düşməyən türkiyəli aktyor Can Yaman İspaniyada bir televiziya kanalında  qonaqların suallarını canlandırıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu zaman ona "Bu dünyadan olduğunuzu təsdiq etmək üçün nə edə bilərsiniz" deyə, sual ünvanlanıb.

Aktyor isə zarafatla tamaşaçıya "Arxa otağa keçək təsdiqləyim" sözləri ilə cavab verib.

Lakin sənətçinin bu sözləri sosial mediada səs-küyə səbəb olub. C.Yamanın meneceri açıqlama verərək həmin məkanda cəmi dörd türk vətəndaşının olduğunu, sənətçinin uğursuz zarafat etdiyini deyib.

Sənətçinin yayılan videosundan sonra martda başlaması nəzərdə tutulan serialının tarixi dəyişilib. Bu barədə ekran işinin prodüseri "İkinci sayfa" proqramına açıqlamasında məlumat verib. O "Can Yaman sərhəddi aşdı, açıqlamaları çox uğursuzdur. Serial sentyabrda yayımlanacaq" sözlərini işlədib.

Digər yayılan məlumat isə C.Yamanın İtaliyada "Survivor" yarışmasında aparacılığa başlaması ilə əlaqədardır. Söylənilir ki, sənətçiyə bununla bağlı danışmamaq üçün qadağa qoyulub.

Qeyd edək ki, aktyor "Gönül işleri" serialı ilə tanınıb. Onu bütün dünyada məşhur edən isə "Erkenci kuş" serialındakı Can Divit obrazıdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/807760.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR