Gənc Sahibkarlar Forumu keçiriləcək

Gənc Sahibkarlar Forumu keçiriləcək
16:29 5 Dekabr 2019
74 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Dekabrın 10-da Bakı Konqres Mərkəzində gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi, kiçik və orta biznesə dəstək göstərilməsi məqsədilə I Gənc Sahibkarlar Forumu keçiriləcək.

KOBİA-nın Trend-ə verdiyi məlumata görə, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Gənclər Fondu, KOBİA yanında İctimai Şura və “Gənc Sahibkarlar Şəbəkəsi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçiriləcək forumda yaşı 29-dək olan gənclər iştirak edə bilərlər.

Forumda iştirak etmək istəyənlər 7 dekabr 2019-cu il tarixinədək aşağıdakı linkdə göstərilən anket-formanı doldurmaqla qeydiyyatdan keçməlidirlər:

https://docs.google.com/forms/d/e/1FAIpQLSe2qGW6oR5BVyYDO4NtN-0KsyZShpA3p4ZRcVipLgmdSwCIKQ/viewform?vc=0&c=0&w=1

Forumla bağlı əlavə suallarla KOBİA-ya müraciət etmək olar (Əlibaba Əliyev, 404-04-01 (daxili 162), 055-589-69-39).

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3159257.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR