“Pirotexniki vasitələr, xüsusən uşaqlar və yaşlı insanlar üçün təhlükəlidir...” - Ekspert

“Pirotexniki vasitələr, xüsusən uşaqlar və yaşlı insanlar üçün təhlükəlidir...” - Ekspert
18:17 5 Dekabr 2019
104 Ölkə
Ölkə mətbuatı
A- A+

Hər il Yeni il bayramı öncəsi pirotexniki məmulatların fişənglər və digər patrlayıcı məmulatların satışına rast gəlinir.Təbii ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin müvafiq bölmələri tərəfindən hər il ölkəyə qanunsuz yollarla pirotexniki vasitələrin keçirilməsi cəhdinin qarşısı alınır.

Milli.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev Yeni il ərəfəsindən bazarlarda peyda olan təhlükəli fişəng və digər partlayıcı maddələr haqda danışarkən deyib. Ekspert bunun insan həyatı üçün təhlükəli oldunu bildirib:

"Pirotexniki vasitələr mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların siyahısı haqqında qanunda öz əksini tapan, mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların siyahısına daxil edilib ki, ölkə ərazisinə keçirilməsi, istifadəsi və satışı yalnız xüsusi icazə əsasında olmalıdır. Digər bütün hallarda pirotexniki vasitələrin ölkə ərazisinə keçirilməsi, satışı və istifadəsi qanunla qadağan edilib. Hər il Yeni il bayramı öncəsi pirotexniki məmulatların fişənglər və digər patrlayıcı məmulatların satışına rast gəlinir.Təbii ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin müvafiq bölmələri tərəfindən hər il ölkəyə qanunsuz yollarla pirotexniki vasitələrin keçirilməsi cəhdinin qarşısı alınır. Demək olar ki, DGK-nin hesabatlarında hər il bayram qabağı 10-larla bu cür faktlar aşkara çıxarılır və lazımi tədbirlər görülür. İnsanlar bu cür vasitələri yük maşınlarında digər yüklərin, hətta kartof-soğanın arasında keçirməyə cəhd edir , maşınların yanacaq çənlərində, oturacaq yerlərinin içərisində belə pirotexniki məmulatları keçirmək istəyirlər.

Nə qədər tədbirlər görülsə belə yenə də bazarda pirotexniki vasitələrin satışına və istifadəsinə rast gəlinir. Bunlar onu göstərir ki, insanlar bu cür vasitələrin ölkəyə keçirilməsi üçün hər cür vasitədən istifadə edirlər. Burada digər məsələ isə pirotexniki vasitələrə olan təlabatdır ki, bu da işbazlara yüksək gəlir əldə etməyə və bu pirotexniki vasitələri qanunsuz da olsa ölkəyə gətirməsinə maraq yaradır.  

Ümumiyyətlə, qeyd edim ki, bu cür vasitələr ətraf mühitə və insan həyatına zərər verir və bunu da insanlar müəyyən zaman keçdikdən sonra hiss edirlər.Yüksək səs-küylə müşahidə olunan pirotexniki vasitələrin, fişənglərin istifadəsi zamanı ictimai asayiş pozulur, insanlarda və xüsusən də uşaqlarda, qocalarda və xəstələrdə ciddi narahatçılıq yaradır. Ona görə hesab edirəm ki, bu cür vasitələr ölkəyə qaçaqmalçılıq yolu ilə keçirilir və hansı şəraitdə hazırlanıb, texniki göstəriciləri insan sağlamlığına və ətraf mühitə ziyandı, yoxsa deyil, heç bir məlumatı olmayan bu cür vasitələrin istifadəsi olduqca təhlükəlidir. 

Əsasən də, uşaqların pirotexniki vasitələrdən istifadəsi özlərinə, ailə üzvlərinə və digər şəxslərə xəsarət yetirilməsinə, əmlakın sıradan çıxmasına və ən başlıcası yanğın təhlükəsinə səbəb ola bilər. Valideynlər bu məsələdə diqqətli olmalıdırlar. Ancaq təəssüf ki, bəzən valideyn özü gedib pirotexniki məmulatı alıb gətirir verir uşağına ki, onunla oynasın. Başa düşmür ki, bu oyunun sonu bədbəxt hadisə ilə nəticələnər".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/808103.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR