Azərbaycan Gimnastika Federasiyasının Birinci estafet yarışlarının qalibləri müəyyənləşib - FOTO

Azərbaycan Gimnastika Federasiyasının Birinci estafet yarışlarının qalibləri müəyyənləşib -  FOTO
13:52 7 Dekabr 2019
57 İdman
Ölkə mətbuatı
A- A+

Milli Gimnastika Arenasında Azərbaycan Gimnastika Federasiyasının Birinci estafet yarışlarının qalibləri müəyyənləşib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, yarışlarda 9 komanda iştirak edib. Onlar üçün beş növ hərəkət hazırlanıb.

Estafet yarışlarının yekununda "Qarabağ" komandası 499 xalla birinci olub, ikinci yeri 481 xalla "Gülüstan", üçüncü yeri 466 xalla "Babək" komandaları tutub. Qalib və mükafatçılara kuboklar təqdim edilib.

Bundan başqa, "Qobustan" (465 xal) dördüncü, "Koroğlu" (432 xal) beşinci, "Xəzər" (429 xal) altıncı, "Göygöl" (399 xal) yeddinci, "Odlar yurdu" (394 xal) səkkizinci, "Şahdağ" (379 xal) doqquzuncu olub.

Yarışlarda 9 komandadan 200-ə yaxın idmançı iştirak edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/808612.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR