Hindistanda dəhşətli yanğın

Hindistanın paytaxtı Dehlidə kağız fabrikində güclü yanğın olub.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, yanğın zamanı azı 43 nəfər həlak olub, 69 nəfər isə xilas edilib.

Hadisə yerinə 30 yanğınsöndürən avtomobil, təcili yardım briqadaları və xilasedicilər cəlb olunub. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Ölənlərin sayının artacağı istisna edilmir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR