Qusarda 15 yaşlı qız dəm qazından zəhərlənərək ölüb

Qusarda 15 yaşlı qız dəm qazından zəhərlənərək ölüb
17:27 8 Dekabr 2019
109 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Qusar rayonunda dəm qazından zəhərlənmə faktı qeydə alınıb. 

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Qusar şəhəri, Sahil küçəsi, ev 30 ünvanında baş verib.

2004-cü il təvəllüdlü Niftəliyeva Yeva Vahid qızı yaşadıqları evin  hamam otağında dəm qazından zəhərlənib. 15 yaşlı qız xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. 

Faktla bağlı araşdırmalar davam etdirilir. 

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/808773.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR