Astarada evdə yanğın baş verib, 57 yaşlı kişi ölüb

Astarada evdə yanğın baş verib, 57 yaşlı kişi ölüb
17:27 8 Dekabr 2019
82 Digər
Ölkə mətbuatı
A- A+

Astara rayonunun Şiyəkəran kəndində ümumi sahəsi 112 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin bir otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb. 
"Report" FHN-ə istinadən xəbər verir ki, yanğının kəşfiyyatı zamanı 1962-ci il təvəllüdlü Əliyev Cabir Mürvət oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/astarada-evde-yangin-bas-verib-57-yasli-kisi-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR