Uşaqlar həmişə oturarkən və uzanarkən müxtəlif hərəkətlər etməyi sevirlər. Uşaqların oturuşuna diqqət etmək valideynlərin ən birinci vəzifəsindir.

Metbuat.az-ın məlumatına görə, uşaqların yanlış oturuş pozaları üçün tədbir görülməzsə, gələcəkdə bel, kürək və onurğa kimi bədənin önəmli hissələrində skolioz meydana gəlir.

Valideynlərin diqqətinə: uşaqlarınızı bu cür oturmağa qoymayın -


Uşaqların əzələləri dizüstü oturarkən, ayaqlarının bayıra doğru baxması, yəni "W” oturuş uşaqda ayaqlarının altının düz olmasına, bel, kürək, skolioz, hətta omba çıxıqlarına səbəb ola bilər.

Valideynlərin diqqətinə: uşaqlarınızı bu cür oturmağa qoymayın -

Uşaq yeriyənə qədər bu cür oturanda problem olmaya bilər. Lakin gəzəndən sonra belə oturmasına mane olmaq lazımdır. Çünki uşaqlar "W” şəklində oturan zaman onların sümükləri əyilə bilər.

Valideynlərin diqqətinə: uşaqlarınızı bu cür oturmağa qoymayın -

Uzun müddət "W” şəklində oturan uşaqların gələcəkdə yerişləri, duruşları və əzələlərinin inkişafı pozula bilər.

Ayaqarxa əzələrinin qısa qalması və sərtləşməsinə bağlı olaraq uşaqlar balerin kimi barmaq uclarında yeriyə bilər, nəticədə düzdabanlıq yaranar.

Valideynlərin diqqətinə: uşaqlarınızı bu cür oturmağa qoymayın -

Uşaqları fərqli idman hərəkətləri etdirməklə belə oturmağı tərgitmək lazımdır. Uşaqların evdə qurulan tunellərin içində iməkləyərək keçməsi, yorğan içərisində başları bayırda olacaq şəkildə yuvarlanmaları kimi idman hərəkətləri faydalı ola bilər.