Ərdoğanın bəyəndiyi LİDERLƏR - SİYAHI

Ərdoğanın bəyəndiyi LİDERLƏR - SİYAHI
19:03 10 Dekabr 2019
117 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropada rəhbər böhranının yaşandığını deyib.

Publika.az xəbər verir ki, o, Ankaradakı çıxışı zamanı Avropada liderlərlə bağlı ciddi böhranın olduğunu bildirib:

"Nümunə olacaq bir lider adı çəkə bilmərəm. Mən Baş nazir olanda Almaniya kansleri Gerhard Şröyder öz ölkəsi üçün əsas lider idi. İdarəçiliyini bəyəndiyim digər rəhbər İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni idi. Məhz onun idarəçiliyi zamanı Türkiyə-İtaliya münasibətləri uğurla inkişaf edirdi. Hazırkı dövrün gənc və dinamik lideri isə Qətər əmiri Təmin bin Həməd Al Sanidir".


Xəbərin orijinal ünvanı: https://publika.az/news/dunya/298719.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR