"Keşlə" özbəkistanlı futbolçu ilə müqavilə imzalayıb

"Keşlə" özbəkistanlı futbolçu ilə müqavilə imzalayıb
12:07 11 Dekabr 2019
74 Digər
Ölkə mətbuatı
A- A+

"Keşlə" klubu heyətini yeni futbolçu ilə gücləndirib. 
"Report" paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, komanda özbəkistanlı Şohruh Qadoyevi heyətinə qatıb. 27 yaşlı yarımmüdafiəçi ilə 1,5 illik müqavilə imzalanıb. 
Qeyd edək ki, Qadoyev Özbəkistan millisinin üzvüdür. O, karyerasına "Nasaf" klubunda başlayıb. Daha sonra Bəhreynin "Əl-Muharraq", Cənubi Koreyanın "Daejeon Citizen", həmçinin öz ölkəsində "Buxara" və "Bunyodkor" klublarının da şərəfini qoruyub. Qadoyev Özbəkistan yığmanın heyətində 14 oyun keçirib və 1 qol vurub.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/kesle-ozbekistan-millisinin-yarimmudafiecisi-ile-muqavile-imzalayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR