Trampın bu fotosu səs-küy yaratdı - Lavrov ayaq üstə qaldı

Trampın bu fotosu səs-küy yaratdı - Lavrov ayaq üstə qaldı
18:38 11 Dekabr 2019
140 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Trampla Rusiya Xarici işlər naziri Sergey Lavrovun fotosu əks-səda yaradıb.

Publika.az xəbər verir ki, rəsmilərin danışıqlardan sonra Oval kabinetdə çəkdirdiyi fotonu bəziləri diplomatik protokola zidd adlandırıb. Belə ki, onlar Lavrovun ayaq üstə durmasını etik saymayıblar.

Diplomatik xidmət jurnalının baş redaktoru Vladimir Vinokurov isə bunun əksini düşünür:

"Tramp, Oval kabinetin rəhbəri kimi çıxış edərək qonaq qəbul edib. Uzun fasilədən sonra Xarici işlər nazirinin ABŞ prezidenti ilə görüşünün baş tutmasına diqqət yetirmək daha əhəmiyyətlidir".

Qeyd edək ki, Tramp, Rusiya Xarici işlər naziri Sergey Lavrovla Vaşinqtonda keçirdiyi görüşdən sonra Tvitter səhifəsində"çox yaxşı görüş"ün baş tutduğunu yazaraq, foto əlavə etmişdi.

Xatırladaq ki, S.Lavrov dünən ABŞ-a səfər edib. O, Trampla yanaşı, dövlət katibi Mayk Pompeo ilə də görüşüb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/dunya/298823.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR