Azərbaycanda ən bahalı və ən ucuz – XİDMƏTLƏRİN QİYMƏTİ AÇIQLANIB

Azərbaycanda ən bahalı və ən ucuz – XİDMƏTLƏRİN QİYMƏTİ AÇIQLANIB
23:37 12 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

Azərbaycanda əhalinin hər nəfərinə düşən ən bahalı və ən ucuz məişət xidmətlərinin dəyəri  məlum olub.

Milli.Az fed.az-a istinadən bildirir ki, əhalinin hər nəfərinə düşən məişət xidmətlərinin dəyəri  ötən il 100,95 manat təşkil edib. Bu göstərici 2017-ci illə müqayisədə 2,42 manat və ya 2,45% çoxdur.

Ötən il əhaliyə göstərilən xidmətlərin ən bahalısı vətəndaşlara mənsub olan nəqliyyat vasitələrinin təmiri və onlara texniki xidmət göstərilməsi üzrə olub. Belə ki, bu xidmət üzrə adambaşına düşən xidmətin dəyəri  43,62 manat olub.

Adı qeyd edilən xidmət sahəsində 2017-ci illə müqayisədə hər adambaşına düşən xidmət dəyərinə görə, 1,35 manat artım olub.

Əhalinin hər nəfərinə düşən məişət xidmətlərinin dəyərinə görə ikinci ən bahalı xidmət sahəsi  bərbərxana xidməti olub. Ötən il bu sahədə adambaşına düşən xidmətin dəyəri  8,12 manat olub. Bu göstərici 2017-ci illə müqayisədə 4,37% çoxdur.

Sıralamada 3-cü adambaşına düşən ən bahalı xidmət sahəsi  məişət maşın və cihazlarının təmiri, onlara texniki xidmət, metal məmulatlarının təmiri olub. Ötən il bu sahədə adambaşına düşən xidmətin qiyməti 8,06 manat təşkil edib.

2018-ci ildə adambaşına düşən xidmət dəyərinə görə, ən ucuz məişət xidməti mebel hazırlanmsı üzrə xərclər olub - 0,22 manat.  

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/809688.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR