Kolumbiyada üsyançılar avtomobili partladıblar.
Publika.az xəbər verir ki, 12 dekabrda günorta saatlarında Kubara bələdiyyəsində bir avtomobildə partlayıcı qurğular işə salınıb, nəticədə 3 əsgər yaralanıb.
Yaralı hərbçilər yerli xəstəxanalara çatdırılıb, onların vəziyyəti barədə məlumat verilməyib.