Ailəli sevgilisi tərəfindən diri-diri yandırılan qadın: "O, məni hədələyirdi ki, bomba qoyub partladacam" -

Azərbaycanda qadın sevgilisi tərəfindən yandırılıb.

Metbuat.az xəbər verir ki, bunu Xəzər televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi "Səni axtarıram" verilişinə müraciət edən və sevgilisi tərəfindən yandırılan Nişanə Bayramova deyib.

O, qeyd edib ki, 2016-cı ildə Gədəbəydə yeməkxanaların birində işləyib: "Əflatun 5 ay o yeməkxanaya gedib-gəldi. İlk həyat yoldaşımdan ayrılmışdım. Uşaqlar Tovuzda anamgilldə idi. Mən isə Gədəbəydə işləyirdim. Əflatunla tanış olandan sonra o mənə dedi ki, sənin bu kafedə işləməyini istəmirəm. İki uşağınla birlikdə səni qəbul edirəm. İşdən çıxıb bir müddət atamgildə qaldım. Daha sonra Şəmkirdə ev tutdu. 2 ay orda qaldıq. Balaca oğlum Məhəmmədi də özümlə aparmışdım. Mən Şəmkirdən anamgilə gəldim. Mənim 3100 manat pulum var idi. Gördüm ki, anamgil o puldan xərcləyib. Mən də acıq edib pullarımı və bir qızıl sepimi götürüb Şəmkirə qayıtdım. Anam Əflatuna zəng edib deyib ki, Nişanə pulu da, qızıl sepini də götürüb gedib. Əflatun bıçaqla üstümə gəlib pulu əlimdən alıb özünə maşın götürdü. And içdi ki, 1 aya pulunu qaytaracam. Əflatun 1 həftəyə məni kirayədən çıxarıb, atam evinə atdı. Mən uşaqlara görə 150 manat aliment alıram. Bu pulla mən cücə aliveri edirdim. Əflatun gördüm ki, pulumu qaytarmır. Ona dedim ki, heç olmasa, evə əşya alaq. 800 manata yataq dəsti, 650 manata da başqa mebel aldıq. Əflatunun məndən aldığı 3100 manatın 1400 manatını qoparda bildim. Rusiyada yaşayan qardaşım dedi ki, Əflatundan ayrıl, buraya gəl. Mən də Moskvaya getsəm də qardaşımla görüşə bilmədim. Qardaşımın dostunun evində qaldı. Əflatun mənə yazdı ki, pulunu düzəltmişəm, gəl yenidən bir yerdə qalaq. Sonradan bildim ki, Əflatun ailəlidir. Əflatun mənə həyat yoldaşının öldüyünü, hazırda subay olduğunu söyləmişdi. Əflatunun evli olduğunu öyrənsəm də, münasibətimiz davam etdi. Çünki o, məni hədələyirdi. Deyirdi ki, ayrılsan səni öldürəcəyəm. Evlərində silah var idi. Bir dəfə məni itələyib yanan peçə saldı. O, məndən uşaq istəyirdi. Mənim 2 oğlum olduğuna görə istəmirdim. Əflatun deyirdi ki, həyat yoldaşım xəstədir. O, bir gün mənimlə, bir gün isə ailəsinin yanında qalırdı. Axşam yazdı ki, yatıram, sabah iş yerinə gələcəm, danışarıq. Səhəri gün də kafeyə gəldi. Başımdan tutub benzin töküb məni yandırdı. Uşaqlar məni söndürüb, atamgilə apardılar. Əflatun məni hədələyirdi ki, səni öldürəcəm, bomba qoyub partladacam. Bunu heç kimə demə, səni əvvəlki vəziyyətinə qaytaracam. 2 aydan sonra Əflatuna dedim ki, 50 manat göndər mazlarımı alacam. O, da mənə get kimə şikayət edirsən et, dedi. Polis mənə heç nə edə bilməz. Məhkəmədə ona 15 il iş kəsdilər. Dilimdən barışıq kağızı alıb 11 il 3 ay iş kəsdilər. Bu sifətlə heç kim işə götürmür".

(sonxeber.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR