İmişlidə yük maşını iribuynuzlu heyvanları vurub öldürdü - FOTO

İmişlidə yük maşını iribuynuzlu heyvanları vurub öldürdü - FOTO
13:27 13 Dekabr 2019
81 Ölkə
Ölkə mətbuatı
A- A+

İmişlidə yük maşını iribuynuzlu heyvanları vuraraq öldürüb. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə Hacıqabul-Horadiz avtomobil yolunun 96-cı kilometrliyində İmişli rayonunun Məzrəli kəndi ərazisindən keçən hissəsində baş verib. Belə ki, Biləsuvar rayon sakini, 1961-ci il təvəllüdlü Əhmədov Musa Tapdıq oğlu idarə etdiyi "Kamaz" markalı yük maşını ilə hərəkətdə olarkən rayonun Məzrəli kənd sakinləri - 1971-ci il təvəllüdlü Mehdiyev Rəhman Əhliman oğlu və 1972-ci il təvəllüdlü Qasımov Zamir Arif oğluna məxsus iki baş iribuynuzlu heyvanı yolda vuraraq tələf edib.

Hadisə yerinə yol patrul xidmətinin əməkdaşları gələrək qəzanın başvermə səbəblərini araşdırmaq üçün protokol tərtib ediblər.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/810126.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR