Bakı, 19 may, AZƏRTAC
Mayın 21-dən 28-dək AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da çimərlik futbolu üzrə Azərbaycan milli komandasının təlim-məşq toplanışı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, toplanışa Zeynal Zeynalov, Orxan Məmmədov, Vaqif Şirinbəyov, Elçin Qasımov, Hikmət Bağırov, Emin Kürdov, Asif Zeynalov, Elvin Quliyev, Amid Nəzərov, Renat Sultanov, Sabir Allahquliyev, Vüsal İsmaylov və Namiq İsgəndərov dəvət olunublar.