Ermənilərin iddiaları Türkiyəyə siyasi təzyiq vasitəsi kimi istifadə oluna bilməz - Türkiyə hökuməti

Ermənilərin iddiaları Türkiyəyə siyasi təzyiq vasitəsi kimi istifadə oluna bilməz - Türkiyə hökuməti
20:22 13 Dekabr 2019
95 Ölkə
Ölkə mətbuatı
A- A+

Ermənilərin 1915-ci il hadisələri ilə bağlı iddiaları Türkiyəyə siyasi təzyiq vasitəsi kimi istifadə oluna bilməz.

Milli.Az bildirir ki, bunu Trend-ə Türkiyə hökumətindən bildiriblər.

Bildirilib ki, ABŞ Senatının qəbul etdiyi qondarma "erməni soyqırımı" barədə qətnamə heç bir hüquqi əsasa malik deyil və Ankara bu sənədi qətiyyətlə pisləyir:

"Siyasi təcrübə göstərir ki, qondarma "erməni soyqırımı"nı hər zaman üçüncü qüvvələr istifadə edir".

O da qeyd olunub ki, vaxtilə Ankara Ermənistanı 1915-ci il hadisələrinin araşdırılması üçün birgə komissiyası yaratmağa çağırıb, amma Ermənistan öz tarixindən qorxduğur üçün bu çağırışa heç bir reaksiya verilməyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/810332.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR