Milli Qəhrəmanın ailəsinə üçotaqlı mənzil verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Gəncə şəhərində bir qrup şəhid ailələri və müharibə əlillərinə mənzillər verilib.

Metbuat.az xəbər verir ki, mənzillə təmin olunan şəhid ailələri sırasında Milli Qəhrəman Pərviz Səmədovun ailəsi də var. Onun həyat yoldaşı Mətanət Şahvələdovaya üçotaqlı mənzil təqdim edilib.

Qeyd olunub ki, dövlət başçısının sosial sahəyə xüsusi qayğısı həssas qrupların rifahının yaxşılaşdırılmasına xidmət edən mühüm proqramların ildən-ilə genişlənməsinə səbəb olub.

Yeni mənzillə təmin olunan vətəndaşlar əhalinin rifahının təminatı, həssas qruplara dövlət qayğısının artırılması sahəsində aparılan ardıcıl işlərə, müasir tələblərə uyğun yeni mənzillərlə təmin olunduqlarına görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR