Ətraf mühitin çirklənməsi nədir və növləri hansılardır? -

Metbuat.az Telman Abdullayevin "Ətraf mühitin çirklənməsi"nə dair araşdırma məqaləsini təqdim edir:

Ətraf mühit çirklənməsi dedikdə hər kəsin ağlına ilk gələn hava, su, torpaq, tullantılardan meydana gələn çirklilik, görüntünü məhdudlaşdıran çirklilik və səs-küy çirklənməsidir.

Hava çirklənməsi - Bu zavod, fabriklərin çoxluq təşkil etdiyi, avtomobil sayı çox olan (xüsuusi ilə istismara yararsız) ölkələrdir ki, bu zaman bəzi zərərli qazlar - SO2 (kükürd dioksid), CO2 (karbon dioksid), azot oksidləri, CO və bunun kimi bir sıra qazlar hava çirklənməsinə başlıca səbəb olur.

Su çirklənməsi - Arıdılmamış yaşayış tullantı suları, sənaye tullantı sularının dənizləri və yer altında olan suları çirkləndirməsindən irəli gəlir.

Torpaq çirklənməsi - Şəhər həyatı və sənaye fəaliyyətinin nəticəsi olaraq torpağa keçən çirklilikdir. İnkişaf etməmiş kanalizasiya və onu tamamlyan təmizləmə zavodlarının olmaması ev və sənaye tullantı suarının çuxurlarda depolanmasını çətin hala gətirir ki, bu vəziyyət isə yer altı sularını (içmək məqsədi ilə istifadə edilən) çirkləndirdiyi kimi torpağı da uzun müddət çirkləndirir, nəticə olaraq artan hidrokarbonatlar və xlor birləşmələri torpağı çirkləndirməklə bitkiçiliyə ziyan vurur.

Tullantılardan meydana gələn çirklilik - Ev və sənaye quru tullantıları bu növ çirkliliyin əmələ gəlməsində mühüm rol oynayır. İnkişaf etmiş ölkələrdə zibillərin yenidən istifadəyə yararlı olması üçün metal, şüşə, plastik, kağız kimi qruplara ayrılması, sistemli yığılması əhəmiyyətli dərəcədə çirklənməni azaltmışdır.

Səs-küy çirkliliyi - Yaşayış, nəzarətsiz əyləncə mərkəzləri, quru yol, dəmir yolu, hava yolu sıxlığı, inşaat işləri və sənaye fəaliyyətlərindən qaynaqlanır. Bu çirklilik insanların rahatlılığına təsir etdiyi kimi, insanların, heyvaların (quşlar, balıqlar və təbiətin digər varlıqları) bədən və ruh sağlığında ciddi pozuntulara səbəb ola bilir.

Görüntü çirklənməsi - Təbiəti həddindən artıq məhv edən, insanların estetik standartlarına və göz zövqünə təsir edə biləcək əlverişsiz memarlıq nümunələri, yorucu rəng hormoniyası buna birbaşa səbəb olur.

Ətraf mühiti qoruma və idarəetmə

Dünyanın bir çox ölkəsində ümumi olan ətraf mühit problemlərinin təməlində iqtisadiyyat və ekoloji vəziyyət arasındakı uyğunsuzluq başlıca səbəb olaraq gəlir. İnsanoğlu bir tərəfdən sürətlə inkişaf edən elmi texnoloji və sənaye yenilikləri ilə təbiətə hakim olub, iqtisadi baxımdan yaşayış səviyyəsini yüksəldərkən digər tərəfdən də təbiəti yox etməkdədir. Xüsusi ilə gözlə görünən bir ətraf mühit çirklənməsi və təbii ehtiyyatların azalması müzakirə mövzusudur. Ancaq bu vəziyyət heç bir zaman ətraf mühit ilə iqtisadi irəliləmə arasında seçim etmə məcburiyyəti yaratmamalıdır. Çünki ətraf mühit problemlərinin varlığı iqtisadi artımı durdurmaq və ya zəiflətmək üçün əsas deyil.

Ətraf mühit ilə iqtisadi artım arasında bir balans qurula bilər və bu tarazlıqda texnologiya insanlığın ən böyük yardımçısıdır. Meydana gələn çirklənmələr uyğun texnologiya ilə nəzarət altına alına bilər və ya önlənəbilər. Sənaye ilə havanın çirklənməsi sənayedəki enerji istifadəsinin artması və ağır sənayenin inkişaf etməsi ilə çox bağlıdır. Son zamanlarda yaradılan sənaye müəssisələri, müasir və ətraf mühit qoruyucu vasitələri tətbiq etməklə köhnə üsulların yaxşı nümunə olmadığı söylənilə bilər. Sənaye tullantı sularının atılması, şəhər ərazisindəki su çirklənməsinin və xüsusi ilə şəhər ətrafındakı axar suların və torpaqdakı çirklənmənin ən önəmli səbəbidir. Sənaye tullantıları özəlliklə təhlükəli tullantılar, sənayenin istehsalının artması ilə uyğun olaraq artır. Təmizləmə zavodları çox az saydadır. Bu tullantılar torpaq və yer altı sular, bəzi hallarda sakinlər üçün təhlükələr yaradır.

1992-ci ildə Maastricht razılığı ilə ətraf mühitin mühafizəsi Beynəlxalq Ticarət normaları arasında yer almışdır və Avropa birliyi ölkələri kimi ticarət edilən ölkələrdə istehsal edən firmaların məhsullarında Eco-Label (ətraf mühit dostu məhsul etiketi) etiketini istifadə etmə məcburiyyətində qalmışlar və İSO 9000, İSO 14000 kimi Beynəlxalq bir ətraf mühiti qoruma standartı qəbul etmişlər. Məlum olduğu kimi İSO 9000 keyfiyyət standartı ilə əlaqəli olduğu halda İSO 14000 seriyası ətraf mühit idarəetmə sistemi ilə əlaqəli olaraq hazırlanmışdır.

Eko-Audit sistemi

Eko-Audit sistemi, bir müəssisənin sistematik olaraq, ətraf mühiti mühafizə texnikləri və ətraf mühit qanunvericiliyi baxımdan nəzarət edilməsidir. Eko-Audit sistemi bir idarəetmə vasitəsi olaraq 70-ci illərin sonu 80-ci illərin əvvəlində ABŞ-da inkişaf etdirilmişdir. Ölkəmizdə son 10 il ərzində ətraf mühitin muhafizəsi istiqamətində önəmli addımlar atılmışdır. Azərbaycan Respublikası prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş plana uyğun olaraq Balaxanı ərazisində ildə 500 min ton məişət tullantısını emal etmək gücünə malik məişət tullantılarının yandırılması zavodu və ildə 200 min ton tullantının çeşidləmə zavodunun tikilməsi və istismara verilməsidir. Azərbaycan Respublikası prezidentinin 2018-ci il 1 noyabr tarixli sərəncamı ilə Azərbaycan respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018-2022 ci illər üçün milli strategiya təsdiq edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR