İlk Cocuq Mərcanlı avtobus reysi yola düşüb

İlk Cocuq Mərcanlı avtobus reysi yola düşüb
09:57 17 Dekabr 2019
38 Ölkə
Ölkə mətbuatı
A- A+

İlk Cocuq Mərcanlı avtobus reysi işə salınıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Dövlət Avtomobili Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib. O, qeyd edib ki, artıq bir neçə dəqiqə əvvəl Sumqayıtdan Cocuq Mərcanlıya ilk reys yola düşüb.

Xatıraladaq ki, müntəzəm marşrut xətləri Cocuq Mərcanlı istiqamətinə Gəncə, Sumqayıt və Mingəçevirdən fəaliyyət göstərəcək. Son dayanacaq Cocuq Mərcanlı olmaqla marşrut xətlərinin hərəkət sxemi Gəncə, Yevlax, Ağcabədi, Beyləqan, Horadiz olacaq.

"Mingəçevir-Cocuq Mərcanlı" marşrutu üzrə avtobusların ilk yoladüşmə saatı 09:00-da, qeyd olunan xətt üzrə dayanacaqlar Mingəçevir, Yevlax, Bərdə, Ağcabədi, Beyləqan, Füzuli, Cocuq Mərcanlı, habelə "Sumqayıt-Cocuq Mərcanlı" marşrutu üzrə avtobusların ilk yoladüşmə saatı 08:30-da olmaqla marşrut xətləri üzrə hərəkət sxemi Sumqayıt, Hacıqabul, Sabirabad, Saatlı, İmişli, Bəhramtəpə, Daşburun, Əhmədbəyli, Horadiz, Cocuq Mərcanlı kəndidir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/811018.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR