ATƏT cəbhə xəttində monitorinq keçirib

ATƏT cəbhə xəttində monitorinq keçirib
14:05 18 Dekabr 2019
52 Ölkə
Ölkə mətbuatı
A- A+

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, dekabrın 18-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində keçirilən monitorinq insidentsiz başa çatıb.

Bu barədə Milli.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Saymon Tiller keçiriblər.

Ermənistan tərəfindən isə monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Oqnyen Yoviç, Mixail Olaru və Martin Şuster aparıblar.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/811443.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR