Ermənistanda qəzet redaksiyasına basqın edildi

Ermənistanda qəzet redaksiyasına basqın edildi
19:52 19 Dekabr 2019
82 Dünya
Ölkə mətbuatı
A- A+

Dekabrın 19-na keçən gecə naməlum şəxslər Ermənistanın "Joxovurd" (Xalq) qəzetinin redaksiyasına basqın ediblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə nəşrin baş redaktoru Knar Manukyan danışıb.

"Burada hər şeyi alt-üst ediblər, mənim kabinetimdə xaos hökm sürür. Mənə elə gəlir ki, naməlum şəxslər nəsə axtarıblar.

Bunun nə olduğunu deyə bilmərəm, lakin bu qarət cəhdi deyil, çünki bütün qiymətli əşyalar yerindədir", - Manukyan bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/811827.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR