"Report" “TASS”a istinadən xəbər verir ki, 13 ölkə Qərbin tərtib etdiyi sənədinin lehinə səs verib. Lakin, Təhlükəsizlik Şurasının daimi üzvləri - Rusiya və Çin isə sənədin əleyhinə səs verdiyinə görə veto qoyulub.
Sənəd Suriya hökumətindən razılıq almadan BMT tərəfindən əhaliyə humanitar yardım göstərmək üçün (İraq və Türkiyə ilə sərhəddə) üç keçid məntəqəsini saxlamağı özündə ehtiva edir.
Belə bir mexanizm 2014-cü ildə BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə yaradılıb və hər il yenilənir.