ABŞ Prezidenti Donald Tramp 2020-ci maliyyə ili üçün 738 milyard dollar həcmində müdafiə büdcəsini imzalayıb.
Report “TASS”a istinadən xəbər verir ki, tədbir Amerikanın aparıcı televiziya kanalları tərəfindən yayımlanıb.
Sənədə əsasən, müdafiə büdcəsi 2019-cu maliyyə ili ilə müqayisədə (716 milyard dollar) 3,1% çoxdur.Pentaqonun əsas ehtiyacları üçün 635 milyard dollar ayrılıb. Əfqanıstanda, Suriyada, Yəməndə hərbi əməliyyatların davam etdirilməsi və digər ölkələrdə terrorçulara qarşı mübarizə üçün isə 71.5 milyard dollar ayrılıb. 31,5 milyard dollar məbləğində vəsait ABŞ-ın Energetika Nazirliyi vasitəsilə nüvə silahlarının döyüş hazırlığının qorunmasına və onların modernləşdirilməsinə, eləcə də digər müdafiə ehtiyaclarına sərf olunacaq.
Bundan əlavə, sənəddə ABŞ qoşunlarının müstəqil bir növü olaraq Kosmik Qüvvələrin yaradılması da göstərilib.
Müdafiə büdcəsinə həmçinin "Şimal axını-2" qaz kəmərinə qarşı sanksiyalar və Ukraynaya hərbi yardım daxil edilib.