Dərnəgül yolunda ağır qəza: sürücü öldü - FOTO

Dərnəgül yolunda ağır qəza: sürücü öldü - FOTO
10:05 21 Dekabr 2019
133 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən gün Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az-ın məlumatına görə, motosikletlə yük avtomobilinin toqquşması nəticəsində ikitəkərli minik vasitəsinin sürücüsü hadisə yerindəcə keçinib.

Qəza Dərnəgül yolu ilə Baksol yolunun kəsişməsində baş verib. Motosikletə ciddi ziyan dəyməsə də, yük avtomobilinə çırpılan sürücünün boynu qırılıb.

Hadisə barədə məlumat Motopro qrupunda yayılıb. İlkin məlumata görə, motosikletin sürücüsü təcrübəsiz olub.

Qeyd edək ki, qəzada iştirak edən "Nama" motosikletinin mühhərik həcmi 50 kub santimetrdən az olduğuna görə yollarda idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunmur.

Emin
Milli.Az

 

Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/812213.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR