Qvatemalada ağır yol qəzasında 22 nəfər həlak olub

Qvatemalada ağır yol qəzasında 22 nəfər həlak olub
01:52 22 Dekabr 2019
90 Digər
Ölkə mətbuatı
A- A+

Qvatemalanın Sakapa departamentində yük maşını ilə sərnişin avtobusunun toqquşması nəticəsində 22 nəfər ölüb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Prensa Libre" nəşri bildirib.
Qeyd edilir ki, ölənlər arasında həddi-buluğa çatmamış 8 nəfər var.
Qvatemala prokurorluğu "Twitter"də qəzada iştirak etmiş nəqliyyat vasitələrinin hər ikisinin sürücüsünün saxlanılması barədə məlumat yayıb. Ölkə prezidenti Cimmi Morales hadisə ilə əlaqədar başsağlığını ifadə edib. O, aidiyyəti orqanlara zərərçəkənlərə bütün lazımi köməyin göstərilməsi barədə sərəncam verib.
İlkin məlumata görə, hadisəyə yük maşınının sürücüsünün nəqliyyat vasitəsinə idarəetməni itirməsi səbəb olub. Qəza zamanı avtobusda 55-dən çox sərnişin var imiş. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/qvatemalada-agir-yol-qezasinda-22-nefer-helak-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR