Ən çox ömür sürmüş səhabə kim olub?

Ən çox ömür sürmüş səhabə kim olub?
19:17 22 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

Həzrət Mühəmməd Peyğəmbərin (s) bəzi səhabələrinin 90 yaşından artıq, 90 ilə 100 yaş arasında yaşadıqları məlumdur. Bu səhabələrin sırasında Əmmar ibn Yasir, Cabir ibn Abdullah Ənsari, Əbut-Tüfeyl, Abdullah ibn Əbi Ovfa, Abdullah ibn Büsr Mazini və başqalarının adlarını çəkmək olar. Bunların arasında Ənəs ibn Malik xüsusi seçilir. Kişik yaşlarından Peyğəmbərə (s) xidmət etmiş Ənəs ibn Malik bəzi rəvayətlərə görə məhz o həzrətin duası sayəsində uzun ömür sürmüş, çoxlu övlad və mal sahibi olmuşdur. Ənəsin 80 oğlu və 2 qızı var idi, özü də 100 ildən artıq yaşamışdı. Vəfat tarixi mənbələrdə fərqli göstərilsə də, ən geniş yayılmış məlumata görə hicri 93-cü (miladi 712-ci ildə) dünyasını dəyişmişdir.

Peyğəmbərin (s) şairi kimi tanınan Həssan ibn Sabitin bundan da artıq yaşadığı rəvayət edilib. Deyilənlərə görə, o, 60 yaşında ikən İslamı qəbul etmiş və bundan sonra da təqribən 60 il yaşamış, ümumilikdə 120 il ömür sürmüşdür. Həssanın atasının və babasının da 120 il yaşadıqları yazılıb. Salman Farsinin bundan daha çox ömür sürdüyü barədə də rəvayətlər vardır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/811213.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR