Son onilliyin ən uğursuz texnoloji həlləri məlum olub

Son onilliyin ən uğursuz texnoloji həlləri məlum olub
07:32 26 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

"The Verge" nəşri son onilliyin ən uğursuz texnoloji həllərinin reytinqini tərtib edib. "Samsung Galaxy Note 7" smartfonu ən uğursuz həll adlandırılıb.

"ICTnews" Elektron Xəbər Xidməti "lenta.ru" saytına istinadən yazır ki, jurnalistlər bildiriblər ki, 2016-cı ilin qabaqcıl cihazı alışma ilə bağlı xəbərlər yayılmazdan öncə bazarda ən yaxşı smartfonlardan biri adlandırılırdı. Sözügedən smartfonun təqdimatından bir ay sonra ən azı 35 alışma hadisəsi qeydə alınıb. Nəticədə "Samsung" şirkəti akkumulyatorda problem olduğunu etiraf edərək bütün "Galaxy Note 7" partiyasını geri çağırmalı olmuşdu.

İlk onluğa Cənubi Koreya şirkətinin aparatından başqa, "Windows Phone" platforması, "Google Glass" eynəyi, "Amazon Fire" telefonu, 3D ekranlı televizorlar, "Google Hangouts" ani mesajlaşma proqram təminatı və aktual "MacBook" noutbuklarının problemli klaviaturası daxil edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/812922.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR