Gömrükdən gizli telefon keçirmək cəhdi alınmadı

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Mercedes Benz E 200 CDI" markalı nəqliyyat vasitəsilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub.

Metbuat.az xəbər verir ki, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Baxış zamanı nəqliyyat vasitəsinin salonundakı qadın çəkməsinin içərisində gömrük nəzarətindən gizlədilən 4 ədəd "İphone 11 Pro Max", şəxsi yoxlama zamanı isə pencəyin iç cibindən 2 ədəd "İphone 11 Pro Max" markalı mobil telefonlar və 5 ədəd qulaqlıq aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR