Məşhurların əsl adları - Siyahı

Məşhurların əsl adları - Siyahı
21:32 27 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

Hər kəsə tanış olan dünya ulduzları müxtəlif səbəblərə görə bəzən adlarını və soyadlarını dəyişdirirlər.

Milli.Az Axşam.az-a istinadən məşhurların əsl adlarını təqdim edir:

Aktrisa Merilin Monro - Norma Cin Mortenson

Əfsanəvi sarışın xanımın adını dünyaya gələndə Norma Cin qoyublar. Sonralar isə aktrisa anasının qohumlarında olan Monro soyadını götürüb. Merilin adını isə ona 20-ci əsrdə yaşamış aktrisa Merilin Millerə oxşarlığı səbəbi ilə "20 Centry Fox" kinostudiyası təklif edib.

Akyor Bred Pitt - Uiliam Bredli Pitt

O, film sahəsində çalışarkən Bred Pitt adından istifadə edir. Xanımlarla tanış olduqda isə özünü Uiliam kimi qələmə verir.

Model Cici Hadid - Elena Nura Hadid

Onu uşaq vaxtlarından ailədə Cici kimi çağırıblar. Modelin anasına da körpəlik illərində bu adla xitab edirdilər. Sinfdə daha bir qızın adının Elena olması səbəbi ilə hamı ona Cici deməyə başlayıb.

Müğənni Ledi Qaqa - Stefani Coann Ancelina Cermanotta

Ekstravaqant xanım öz ləqəbini "Queen"in "Radio Ga Ga" mahnısından götürüb. Bu qısa ad tezliklə onun bütün layihələrində işlənməyə başlayıb.

Müğənni Mayli Sayrus - Destini Houp Sayrus

Uşaqlıqdan hamı ona "Smayli" ("Təbəssümlü") deyirdi. Sonralar isə ilk hərfi ixtisara saldılar. 2008-ci ildən o, artıq sənədlərdə də Mayli kimi qeyd olunub.

Repçi Kardi B - Belkalis Marlenis Almanzar

Bu qızın slikonları kimi ləqəbi də qəribədir. Uşaqlıqda ona spirtli içkinin adı olan "Bakkardi" kimi xitab edirdilər. Zaman keçdikcə repçiyə Kardi deməyə başlayıblar. Ailənin deyəsən içkiyə xüsusi marağı olub. Çünki onun balaca bacısının adını da "Henessi" konyakından götürüblər.

Aktyor Kit Harinqton - Kristofer Keytsbi Harinqton

Son illərin məşhurunu da uşaqlıqdan Kit ləqəbi ilə çağırıblar. Aktyor yalnız 11 yaşında öyrənib ki, onun əsl adı Kristoferdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/813948.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR