Bu ilin ən zəngin İnstaqram ulduzlarının adları açıqlanıb.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, siyahıda birinci yerdə futbolçu Kriştianu Ronaldudur. O, il ərzində 38.2 milyon funt sterlinq qazanıb. Məlumata görə, hər sponsor paylaşımı Ronalduya orta hesabla 780 min funt sterlinq gəlir gətirib.

İlin ən zəngin İnstaqram ulduzlarının adları açıqlandı - Siyahı

Siyahının ikinci pilləsində argentinalı ulduz Lionel Messi qərarlaşıb. Messinin İnstaqram paylaşımları ona 18.7 milyon funt sterlinq qazandırıb.

İlin ən zəngin İnstaqram ulduzlarının adları açıqlandı - Siyahı

İlk üçlüyə amerikalı supermodel Kendal Cenner də daxil olub. O, sosial şəbəkə vasitəsilə 12.7 milyon funt sterlinq əldə edib.

İlin ən zəngin İnstaqram ulduzlarının adları açıqlandı - Siyahı

Eyni zamanda ən zəngin İnstaqram ulduzları arasında futbolçular Devid Bekhem, Neymar, müğənni Selena Qomez, model Kayli Cennerin də adları var.

İlin ən zəngin İnstaqram ulduzlarının adları açıqlandı - Siyahı

İlin ən zəngin İnstaqram ulduzlarının adları açıqlandı - Siyahı

Milli.Az