Azərbaycan manatının nominal və real effektiv məzənnələri azalıb

Azərbaycan manatının nominal və real effektiv məzənnələri azalıb
14:17 30 Dekabr 2019
77 Digər
Ölkə mətbuatı
A- A+

Bu il dekabrın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 73,6 bənd təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, noyabrın 1-nə olan göstərici ilə müqayisədə 0,4 bənd az, ilin əvvəli ilə müqayisədə 1 bənd çox, ötən ilin dekabrın 1-nə nisbətən isə 1 bənd çoxdur.
Bu il dekabrın 1-nə manatın real effektiv məzənnəsi isə 99,1 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 0,1 bənd az, ilin əvvəli ilə müqayisədə 0,5 bənd az, illik müqayisədə isə 0,2 bənd çoxdur.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/manatin-nominal-ve-real-effektiv-mezenneleri-noyabrda-azalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR