"Stresdən əllərimə ləkə düşüb" -

"Məni həyata qaytardın. Həyatdan artıq getmişdim, yox idim. Könül Xasıyeva isə musiqiyə qaytardı məni. Konsertinə dəvət edib, zorla səhnəyə çıxardı. 30 faiz özümə gəldim".

Metbuat.az xəbər verir ki, bu sözləri Əməkdar artist Zöhrə Abdullayeva "Bizimləsən" verilişində deyib. Oğlunu itirən müğənni uzun fasilədən sonra səhnəyə qayıtmasından danışıb. İfaçı aparıcı Zaur Baxşəliyevin ona dəstək olduğunu deyib.

Abdullayeva bildirib ki, stresdən xəstəlik tapıb:

"Hiss edirəm ki, mənə oğlumu əvəz etmək istəyirsən. Az qalmışdım ölüm. Sərhəddin o tayında mənə dedilər ki, ürəyində problem var. Dedim, gedim, vətənimdə ölüm.

Stresdən əlimə ləkə düşüb. Həkim deyir depressiyadan çıxa bilmirsən".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR