Uruqvayda qadın qətlləri ilə bağlı fövqəladə vəziyyət elan edilib

Uruqvayda qadın qətlləri ilə bağlı fövqəladə vəziyyət elan edilib
06:02 31 Dekabr 2019
75 Digər
Ölkə mətbuatı
A- A+

Uruqvay prezidenti Tabare Vaskes qadın qətllərinin sayının artmasına görə ölkədə fövqəladə vəziyyəti elan edib.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bununla bağlı dövlət başçısı administrasiyasının saytında dərc edilmiş sərəncamda bildirilir.
"Qadınlara qarşı son zorakılıq hərəkətlərinin səbəb olduğu iğtişaşlar səbəbindən prezident gender əsaslı zorakılıq səbəbi ilə milli səviyyədə fövqəladə vəziyyət elan etmək qərarına gəlib", - deyə qərarda bildirilir.
Bundan başqa, məktəblərdə və həbsxanalarda qadınların müdafiəsinin təbliği üzrə ictimai kampaniyalar və virtual kurslar keçiriləcək.
Uruqvayın Dаxili İşlər Nаzirliyinin məlumatına görə, hər gün ölkədə cinsiyyət əlaməti üzrə zorakılıqla bağlı 108 şikayət qeyd edilir. Feminizm təşkilatlarının nümayəndələri iddia edirlər ki, bu il ölkədə 35 qadın kişilərin əli ilə həlak olub. Uruqvayda 3 gənc qadın Milad tətili zamanı öldürülüb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/uruqvayda-qadin-qetlleri-ile-bagli-fovqelade-veziyyet-elan-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR