Uruqvayda qadın zorakılığı ilə əlaqəli fövqəladə vəziyyət elan edilib

Uruqvayda qadın zorakılığı ilə əlaqəli fövqəladə vəziyyət elan edilib
07:15 31 Dekabr 2019
49 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Uruqvay Prezidenti Tabare Vaskes qadın ölümləri ilə nəticələnən cinayətlərin çoxalması ilə əlaqədər ölkədə fövqəladə vəziyyət elan edib.

Trend-in məlumatına görə, bu barədə ölkə başçısının administrasiyasının saytında dərc edilmiş sərəncamda deyilir.

Sərəncamda qeyd edilir: "Son dövrlərdə qadınlara qarşı şiddət aktlarının yaratdığı narahatlıqları nəzərə alaraq, cinsi zorakılıq cinayətləri səbəbiylə milli səviyyədə fövqəladə vəziyyət elan etmək qərara alınıb."

Məktəblərdə və həbsxanalarda qadınların müdafiəsini təbliğ edən ictimai kampaniyalar və virtual kurslar keçiriləcək.

Uruqvay Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkədə hər gün gender əsaslı zorakılığa dair 108 şikayət qeydə alınır. Feminist təşkilatların nümayəndələri bu il 35 qadının kişilərin əlindən öldüyünü iddia edirlər. Milad tətilində, ən son törədilən cinayıtdə üç gənc qadının öldürüldüyü bildirilir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3171899.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR