Meizu 5G ilə çalışacaq ən azı dörd ədəd flaqman smartfonu hazırlayır

Meizu 5G ilə çalışacaq ən azı dörd ədəd flaqman smartfonu hazırlayır
12:47 31 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

Meizu şirkəti bütün çətinliklərə baxmayaraq, mövcud olmağa və yeni smartfonlar buraxmağa davam edir. Artıq məlumdur ki, yazda istehsalçısı Snapdragon 865-ə əsaslanan növbəti flaqmanını buraxacaq. Ehtimal ki, bu Meizu 17 olacaq.

Milli.Az ted.az-a istinadən bildirir ki, yeni strategiya axtarışından sonra Çin istehsalçısı 5G-yə diqqət yetirmək niyyətindədir. TED.az xarici mətbuata istinadən xəbər verir ki, şirkətin nümayəndəsi gələn il Meizu-nun 5G dəstəyi ilə ən azı dörd flaqman smartfonunu, eləcə də AR/VR qulaqlıqları və AİOT qurğuları da daxil olmaqla, beşinci nəsil şəbəkələrə dəstək verən digər məhsulları istehsal etmək niyyətində olduqlarını bildirib.

Bundan başqa, şirkətin nümayəndəsi Meizu smartfonlarının üstünlük təşkil edən tendensiyalara uyğun dizayn əldə edəcəklərinə işarə edib. Bu o deməkdir ki, Meizu xarici görünüşcə unikal smartfonlar yaratmaq cəhdlərindən əl cəkərək, digər şirkətlərlə eynisini etməyə çalışacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/813530.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR