Bir müddət əvvəl İstanbuldan köçüb Egeyə yerləşən aktrisa Aslıhan Gürbüz qorxunc qəza keçirib.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, səhhəti ilə bağlı tez-tez problemlər yaşayan aktrisanın pişiyi onun gözünü cırmaqlayıb. Bundan sonra kino ulduzu dərhal əməliyyat edilib. Aslıhan Gürbüz gözü yaralı halda iti ilə yeni fotosunu instaqramda paylaşaraq bildirib ki, pişiyinin qoyduğu yaraları iti sağaldır.
"Ufak Tefek Cinayetler" serialındakı rolu ilə məşhurlaşan aktrisa gözünü cırmaqlayan pişiyini isə başqa birinə verib.