Netanyahu toxunulmazlıq istəyir

Netanyahu toxunulmazlıq istəyir
11:22 2 Yanvar 2020
71 Dünya
Ölkə mətbuatı
A- A+

İsrailin Baş Naziri Benyamin Netanyahu toxunulmazlıq hüququndan istifadə edəcək. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb İsrail Baş Prokurorluğunun onunla bağlı 3 ayrı rüşvət ittihamı ilə çıxış etməsidir. Netanyahunun Məclisə göndərdiyi təklifin isə martın 2-nə kimi seçkilərdən dolayı müzakirə ediləcəyi gözlənilmir. 

Vəzifəsindən sui-istifadə etməsi iddialarını rədd edən Baş Nazir ona qarşı irəli sürülən ittihamların siyasi səbəblərdən qaynaqlandığını ifadə edib.

Qeyd edək ki, toxunulmazlıq hüququndan yararlanması üçün Netanyahunun 120-dən artıq millət vəkilinin səsini alması lazımdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/814994.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR