Yeni il gecəsi Röyaya görə mübahisə düşüb

Yeni il gecəsi Röyaya görə mübahisə düşüb
11:32 2 Yanvar 2020
130 Şou
Ölkə mətbuatı
A- A+

Xalq artisti Röya Ayxan 31 dekabrda "Han" restoranında keçirilən Yeni il şousuna qatılmayıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi bir müddətdir reklam etdiyi, həmkarı Zamiq Hüseynovla səhnəni bölüşməli olduğu gecədə iştirakdan son anda imtina edib.

R.Ayxanın hansı səbəbdən bu addımı atması bəlli olmayıb. Nəticədə müştərilərlə restoranın idarəçiləri arasında problem yaranıb. Onlar ödənişlərinin geri verilməsini ciddi şəkildə tələb ediblər. Narazılıq edən bir çox müştərinin pulu özlərinə qaytarılıb.

Qeyd edək ki, adıçəkilən restoranda Yeni il gecəsinə qiymətlər bir nəfər üçün 200-250 manat civarında olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/814999.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR