Stalinin istifadə etdiyi dəmir yolu vaqonu...

Stalinin istifadə etdiyi dəmir yolu vaqonu...
00:47 3 Yanvar 2020
110 Maraqlı
Ölkə mətbuatı
A- A+

Keçmiş sovetlər birliyinin lideri, "xalqın atası" İosif Stalinin şəxsən istifadə etdiyi dəmir yolu vaqonu Gürcüstanın daşınan mədəni abidələri siyahısına daxil edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Gürcüstanın Mədəni Abidələrin Mühafizəsi Milli Agentliyinin baş direktoru Nika Antidze məlumat verib.

Bildirib ki, vaqon mədəni irs siyahısına İ.Stalinin Qori şəhərindəki ev-muzeyinin təşəbbüsü ilə daxil edilib. Vaqon hazırda Stalinin anadan olduğu Qori şəhərindədir.

Zirehli, Venetsiya şüşələri ilə bəzədilmiş güzgülü, yaşayış üçün bütün lazımi vasitələrlə təmin olunmuş vaqon iki hissədən ibarətdir.

Birinci bölmədə stol, stul, telefon, yumşaq divan, ikinci bölmədə isə duş kabinəsi var.

Stalin bu vaqondan 1941-ci ildə istifadə edib.

"Xalqın atası", həmçinin bu vaqondan Tehran və Yalta konfranslarına gedərkən istifadə edib. Vaqon 1985-ci ildə Şimali Qafqaz dəmir yolu muzeyinə təhvil verilib.

Qeyd edək ki, Stalinin ev-muzeyi Qoridə turistlərin ən çox ziyarət etdikləri məkandır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/815062.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR