Bakıda daha bir nəfər viskidən öldü

Bakıda daha bir nəfər viskidən öldü
18:22 4 Yanvar 2020
99 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda ölüm hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə 1 saylı Şəhər Klinitki Tibbi Mərkəzində qeydə alınıb. Dekabrın 29-da Nizami rayon sakini, 1981-ci il təvəllüdlü Bünyatov Pərviz Şiraslan oğlu zəhərlənmə diaqnozu ilə KTM-nin Taksikologiya Şöbəsinə yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, P. Bünyatovun həyatı xilas etmək mümkün olmayıb. O, bu gün günorta saatlarında xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, P. Bünyadov restoranların birində viski içdikdən sonra halı pisləşib və xəstəxanaya aparılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/815353.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR