Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov və Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.
Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, tərəflər general Qasım Süleymaninin İraqda qətlə yetirilməsindən sonrakı vəziyyəti müzakirə ediblər.
Qeyd edək ki, yanvarın 3-də ABŞ qoşunları tərəfindən Bağdad hava limanına raket zərbələri endirilib. Nəticədə general Qasım Süleymani ilə birlikdə İran ordusunun daha 4 zabiti həlak olub.