General Qasım Süleymaninin qətlindən sonra İran qırmızı müharibə bayrağını Qum şəhərində yerləşən Cemkeran Məscidinin günbəzinə qaldırıb.
Metbuat.az xəbər verir ki, İran agentliklərinin məlumatına görə, qırmızı müharibə bayrağının qaldırılması bir ilkdir. Bayrağın vurulduğu məscidin Şiə inancı baxımından böyük əhəmiyyəti olduğu qeyd edilib.
Qeyd edək ki, yanvarın 3-də ABŞ qoşunları tərəfindən Bağdad hava limanına raket zərbələri endirilib. Nəticədə general Qasım Süleymani ilə birlikdə İran ordusunun daha 4 zabiti həlak olub.