Müqəddəs Kəbə evinin içərisində nə var?

Müqəddəs Kəbə evinin içərisində nə var?
20:47 5 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

İslamdan əvvəl ərəblər Kəbənin içərisində, damında və ətrafında müxtəlif bütlər qoymuşdular. Həzrət Muhəmməd Peyğəmbər (s) Məkkəni fəth etdikdən sonra Kəbəni bütlərdən təmizlədi və müqəddəs evin işini boşaltdı. Hal-hazırda Kəbənin içərisi boşdur. Kəbə evi bir otaqlı tikilidir. İçəridən divarlar təxminən 2 metr hündürlüyə kimi açıq rəngdə mərmərlə örtülmüşdür, döşəmə də mərmərdəndir.

Milli.Az islam.az-a istinadən bildirir ki, Kəbənin damı 3 ədəd qəhvəyi rəngli taxta dirək üzərində durur. Kəbə qapısı ilə üzbəüz, iki dirəyin arasında vaxtilə Peyğəmbərin (s) namaz qıldığı yeri göstərən mərmər nişan vardır. İraq rüknü adlanan küncdə dama çıxmaq üçün nərdivan quraşdırılıb. Nərdivana çatmaq üçün tövbə qapısı adlanan qapıdan keçmək lazımdır. Kəbənin iç divarlarında müqəddəs evin təmir tarixlərini göstərən bir neçə kitabə mövcuddur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/814461.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR