"RB Leypsiq"in müdafiəçisi icarə əsasında "Qalatasaray”a keçib

"RB Leypsiq"in müdafiəçisi icarə əsasında "Qalatasaray”a keçib
19:12 6 Yanvar 2020
52 Digər
Ölkə mətbuatı
A- A+

"RB Leypsiq"in müdafiəçisi Marselo Saraççi icarə əsasında "Qalatasaray”a keçib.
“Report”un məlumatına görə, bu barədə türk klubunun rəsmi saytında bildirilir.
İyirmi bir yaşlı Uruqvay futbolçusunun icarə razılaşması 2021-ci il ilin yayına qədər nəzərdə tutulub. Saraççi "Qalatasaray"ın heyətində 36 nömrə ilə çıxış edəcək.
"Mən çox-çox xoşbəxtəm. Bura gəldiyim birinci dəqiqədən özümə qarşı xeyirxah münasibət hiss etdim. Bura mənə çox yaxşıdır. Yaxın vaxtlarda etməli olduğum şey meydana çıxmaq və yerli azarkeşlərin sevgisini fəth etməkdir", - Saraççi qeyd edib.
Saraççi "RB Leypsiq”ə 2018-ci ildə Argentinanın "River Pleyt” klubundan keçib. O, cari mövsümdə "RB Leypsiq"in heyətində 7 matçda iştirak edib və 1 qola imza atıb.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/rb-leypsiq-in-mudafiecisi-icare-esasinda-qalatasaray-a-kecib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR