ABŞ bu əraziyə 6 ədəd qırıcı göndərdi -

İran ilə gərginliyin artmasından sonra ABŞ Müdafiə nazirliyinin (Pentaqon) Hind okeanındakı Dieqo Qarsia adasına 6 ədəd B-52 tipli nüvə qırıcıları göndərəcəyi iddia edilib.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, bunu CNN-ə danışan bir ABŞ səlahiyyətlisi bildirib. O, qırıcların lazimi vəziyyətdə İrana müdaxilə edəcəyini, lakin hələ heç bir təlimatın verilmədiyini deyib.

ABŞ-ın bu qırıcıları bölgədəki bazalarına deyil, Hind okeanındakı adaya göndərməsinin səbəbi olaraq isə göstərilir ki, Dieqo Qarsiya adas İranın 2 min kilometrlik Şəhad və 2 min 500 kilometrlik Sumar raketlərinin vura bilməyəcəyi məsafədədir.

Qeyd edək ki, ABŞ-ın B-52 tipli qırıcılarının yerləşdiriləcəyi ada İrandan 4 kilometrlik məsafədədir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR