Tramp İranın ABŞ-ın hərbi bazasını bombalaması ilə bağlı ilkin bəyanat verdi

Tramp İranın ABŞ-ın hərbi bazasını bombalaması ilə bağlı ilkin bəyanat verdi
11:01 8 Yanvar 2020
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev- Trend:

ABŞ Prezidenti Donald Tramp İranın Amerikanın İraqda yerləşən “Əl-Əsəd” hərbi bazasını bombalaması ilə bağlı ilkin bəyanat verib.

Trend-in məlumatına görə, D.Tramp öz “Twitter” səhifəsində bildirib ki, hazırda tələfat və zərərin qiymətləndirilməsi aparılır:

“İran tərəfi İraqda yerləşən iki hərbi bazaya raketlərlə atəş açıb. Hazırda tələfat və zərərin qiymətləndirilməsi aparılır. Hələki hər şey yaxşıdır. Biz dünyanın hər yerində ən güclü və yaxşı təchiz olunmuş orduya malikik”.

ABŞ lideri qeyd edib ki, məsələ ilə bağlı daha geniş bəyanat verəcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/politics/3174145.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR